Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib
Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib.
AFN.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
İclasda Təhlükəsizlik Şurasının daimi üzvləri ilə yanaşı, prezident Vaaqn Xaçatryan, spiker Alen Simonyan, baş nazirin aparat rəhbəri Araik Arutunyan və parlamentin "Vətəndaş Müqaviləsi" fraksiyasının rəhbəri Ayk Koncoryan iştirak edib.
Bildirilib ki, iclasda regiondakı vəziyyət, o cümlədən Laçın yolundakı son situasiya müzakirə olunub.