DƏHŞƏT QADIN! 5 il əvvəl sevgilisini, 6 ay əvvəl isə ərini eyni üsulla bıçaqlayaraq öldürdü
Türkiyədə 5 il əvvəl sevgilisini, 6 ay əvvəl isə mübahisə etdiyi əri Doğukan Bağı ürəyindən eyni üsulla bıçaqlayaraq öldürən Emel Bağa 24 il həbs cəzası verilib. Məhkəmədə son sözünü deyərkən Emel Bağ "Çox təəssüf edirəm, belə olmasını istəməzdim" - deyib.
AFN.az İHA-ya istinadən xəbər verir ki, bu il mayın 6-da mübahisə etdiyi həyat yoldaşı Doğukan Bağını 5 bıçaq zərbəsi ilə vəhşicəsinə öldürən Emel Bağın cinayət işi Aydın 1-ci Ağır Cəza Məhkəməsində keçirilib. Məhkəmədə Emel Bağ, Doğukan Bağın atası Veysel Bağ və tərəflərin vəkilləri iştirak edib. Məhkəmədə son sözünü deyən Emel Bağ əvvəlki ifadələrinin əsaslı olduğunu bildirib.
Qətlin qəsdən və planlı olduğunu iddia edən ata Veysel Bağ, Emel Bağın Doğukanın öldüyünə əmin olduqdan sonra 3-cü mərtəbədən aşağı enərək bıçağı zirzəmiyə gizlətdiyini, sonra da hay-küy saldığını deyib. O bildirib ki, müttəhim cinayəti əvvəldən peşəkarcasına qurulmuş kimi həyata keçirib: "Şahidlər səslərin olduğunu desələr də, bu səslərdən kimin kimə nə etdiyi bəlli deyildi. Belə bir qərəzli məlumat var ki, kişi qadını döyür. Təqsirləndirilən şəxsin “Doğukan, məni tərk etmə sevgilim” sözlərini dediyi bildirilsə də, bənövşəyi saplı bıçaqla bağlı heç kimin heç nə demədiyi məlumdur. Müttəhim Doğukanın damarını kəsdikdən sonra digər zərbələri yerdə ikən vurub. Bu zərbəni alan şəxs ən geci 5 saniyə ərzində yerə yıxılır və təqsirləndirilən şəxs zərbələri yerdəykən də davam etdirib. Daha sonra ölümünü gözləyərək 3 mərtəbə aşağı enərək bıçağı gizlədib və sonra qışqıraraq kömək istəyib. Bənövşəyi saplı bıçağın təfərrüatlarının dəqiqləşdirilməsini tələb edirəm".
Söz alaraq çıxış edən Emel Bağ bildirib ki, ayaqqabılarını götürüb aşağı düşəndə bıçaq əlində olub: "İnsanlar əlimdəki bıçağı görəndə təşvişə düşməsinlər deyə, orada gördüyüm çuxurdan aşağı atdım. Aşağı enərək bıçağı gizlətmədim. Həmin vaxt Doğukan hələ yaşayırdı. Mən kömək istəyəndə o sağ idi. Onunla danışmağa çalışırdım. Mən belə olmasını istəmirəm”.
Məhkəmənin hakimi qəsdən adam öldürmə ittihamı ilə ağırlaşdırılmış həbs cəzası ilə mühakimə olunan Emel Bağa 24 il həbs cəzası verib.
Qeyd edək ki, hadisə mayın 6-da Cuma məhəlləsində, 209 küçəsində yerləşən yaşayış binasının ikinci mərtəbəsində baş verib. Əldə edilən məlumata görə, Doğukan Bağ ilə həyat yoldaşı Emel Bağ arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə tezliklə bıçaq davasına çevrilib. Həyat yoldaşı tərəfindən ürəyindən və bədəninin müxtəlif nahiyələrindən 4 bıçaq zərbəsi alan Doğukan Bağ ağır yaralanıb. O, təcili tibbi yardımla xəstəxanaya yerləşdirilsə də, edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Emel Bağ polis tərəfindən saxlanılıb.
Onun 5 il əvvəl sevgilisini də bıçaqlayaraq öldürdüyü, 2 il həbsxanada qaldıqdan sonra azadlığa çıxdığı və Doğukan Bağla evləndiyi məlum olub.