ABŞ Azərbaycanı Laçın yolunu açmağa çağırdı


Rəsmi Vaşinqton Laçın yolunda yaranmış vəziyyətlə bağlı yenə də birtərəfli mövqe nümayiş etdirir və ermənilərin maraqlarından çıxış edir.


“ABŞ Azərbaycanı “Dağlıq Qarabağı” Ermənistanla birləşdirən Laçın dəhlizinin blokunu açmağa çağırır”. AFN.az-ın məlumatına görə, Dövlət Departamentinin sözçüsü Ned Prays özünün “Twitter” hesabında belə yazıb.
“Laçın dəhlizinin bağlanmasının ciddi humanitar nəticələri var və bu sülh prosesini geriyə atacaq. Biz Azərbaycan hökumətini dəhliz boyu sərbəst hərəkəti bərpa etməyə çağırırıq. Gələcək yol danışıqlardan keçir”-deyə Prays qeyd edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu