Aksiyaçılar Xankəndi yolunu açdı - MÜVƏQQƏTİ


Şuşa-Xankəndi yolunu etiraz məqsədilə bağlayan Azərbaycan vətəndaş cəmiyyəti fəalları Rusiya sülhməramlı qüvvələrinə məxsus üç yük maşınının hərəkətinə şərait yaradıb.


AFN.az-ın məlumatına görə, aksiya iştirakçıları üç “Kamaz” markalı avtomobilin Xankəndi-Ermənistan və əks-istiqamətdə hərəkəti üçün müvəqqəti olaraq yolu açıb.
Avtomobillərdən birinin İrəvandan Xankəndinə zəruri əşyalar apardığı, digər ikisinin də Xankəndidən Ermənistan istiqamətində hərəkət etdiyi bildirilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu