Ölkədə enerji, qaz və buxar istehsalı sektorunun gəlirləri 3% artıb


Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 550,9 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2%-lik artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AFN.az-a verilən məlumata görə, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 446,2 mln. manat təşkil edib, bu da illik müqayisədə 4,7% artım deməkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu