Türkmən qazının Azərbaycandan Türkiyəyə nəqli üçün enerji nazirlərinin görüşü hazırlanır


Türkmənistanda hasil edilən təbii qazın Türkiyədən Azərbaycan ərazisi ilə nəqli üçün 3 ölkənin müvafiq enerji nazirlərinin əhatəli müzakirələri aparılacaq.


AFN.az Ankara bürosunun məlumatına görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənbaşı şəhərində Azərbaycan və Türkmənistan prezidentləri ilə Zirvə Görüşündən dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Türkiyə Prezidenti deyib ki, bir ay içində bu görüşün təşkili üçün enerji və təbii sərvətlər nazirinə müvafiq tapşırıqlar verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu