Yazıçı Nərgiz Cabbarlının tələbələrlə görüşü olub


Bu gün Azərbaycan Dillər Universitetinin "Bədii tərcümə klubu"nda tərcüməçi, yazıçı, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı ilə görüş keçirilib.


Görüşdə Nərgiz xanım tələbələrə Azərbaycanın görkəmli istiqlal şairi Əhməd Cavadın həyat və yaradıcılığı haqqında maraqlı məlumatlar verib. O, milli ideologiyanın təbliğatçılarından olan, uzun illər təhsil sahəsində çalışan və məhz cəmiyyətin, xalqın düşünən beyinlərindən olduğu üçün repressiyaya uğradılan Əhməd Cavad haqqında yazılan xatirələrə, tarixi faktlara istinad edərək fikrini nümunələrlə izah edib, bu isə tələbələr tərəfindən yüksək maraqla qarşılanıb. Sonda Nərgiz Cabbarlı tələbələrin şairin həyatı və yaradıcılığı, müasir ədəbiyyat və tərcümə problemləri, tərcüməçi üçün lazım olan xüsusiyyətlər haqqında suallarını real faktlar əsasında cavablandırıb. Əhməd Cavad kimi milli isitiqlal aşiqinin yaradıcılığına bələd olmağın, onu tanımağın hər bir vətənpərvər vətəndaşın mənəvi borcu olduğunu bildirən tənqidçi sonda bu cür görüşlərin təşkil edilməsinin vacibliyini vurğulayıb və təşkilatçılara təşəkkürünü bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu