“Apple” şirkəti Ruben Vardanyanla icarə müqaviləsini ləğv etdi


“Apple” korporasiyası Moskvada, Kremlin yanındakı “Romanov Dvor” biznes mərkəzində Rusiya ofisinin icarəsindın imtina edib. AFN.az-ın məlumatına görə, bu barədə daşınmaz əmlak bazarındakı mənbələr Rusiya mediasına açıqlama verib.
“Apple” ilk dəfə 5 il əvvəl biznes mərkəzinin 3500 kvadratmetr sahəsini icarəyə götürüb və sonra həmin sahəni təxminən 5000 kvadratmetrə qədər genişləndirib.
İcarəyə xitam vermək qərarı sentyabrda Rusiyada qismən səfərbərlik elan edildikdən sonra qəbul edilib.
Başqa bir mənbə bildirib ki, şirkət müqavilənin ləğvi şərtləri ilə bağlı danışıqlar aparır. Mövcud icarə müqaviləsi 2025-ci ilə qədərdir. Şirkətin icarəyə götürdüyü binalar Niderlandın “Alini Investments BV” şirkətinə məxsusdur.
Sənədlərə görə, 2021-ci ilin sonunda bu şirkətin benefisiarlarından biri rusiyalı erməni milyarder və hazırda Xankəndidə cinayıətkar rejimin rəhbərliyinə gətirilmiş Ruben Vardanyan olub. Onun şəriki isə Sumbat Ohanov olub. Vardanyan sentyabr ayında Rusiya vətəndaşlığından imtina edib və Qarabağa köçdükdən sonra səhmlərini idarə etmək üçün tərəfdaşlarına və ailə fonduna keçirəcəyini bildirib.
Bu yaxınlarda Rusiya KİV-i “Apple”in Rusiya ofisinin işçilərinin çoxunun Qırğızıstana, digər hissəsinin isə Dubaya və Londona köçdüyünü yazıb.
M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu