Təbrizdə daha bir qadın fəal həbs edildi
Təbrizdə daha bir qadın fəal həbs edilib.
Musavat.com-un məlumatına görə, bu barədə “Azad İran” teleqram kanalı xəbər verib.
Məlumata görə, Vahidə Xanpur dekabrın 14-də İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən atasının evindən aparılıb.
Onun həbsinin səbəbləri və hara aparıldığı barədə dəqiq məlumat yoxdur.
Məlumata görə, o, bundan əvvəl etiraz aksiyaları zamanı bir neçə dəfə təhlükəsizlik orqanları tərəfindən telefon vasitəsilə təhdid edilib.