Fəxrəddin Altun: “Qarabağ mövzusunda Fransanın Türkiyənin cəhdlərinə dəstək verməsini gözləyirik”


"Rəsmi Ankara, Qarabağ mövzusunda Fransanın Türkiyənin cəhdlərinə dəstək verməsini gözləyir".


Bunu Türkiyə Prezidenti Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Ankarada Türkiyə-Fransa münasibətləri ilə əlaqədar keçirilən paneldə çıxış edərkən deyib.

“Bunu bütün açıqlığı ilə ifadə etmək istəyirəm ki, Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycan torpağıdır. Qarabağ probleminin yeni bir münaqişəyə çevrilməməsi hər kəsin xeyrinədir, region ölkələri daxil, qlobal sülh üçün vacibdir”, - o vurğulayıb.

F.Altun bildirib ki, bu məsələdə rol oynayan bütün ölkələrin Azərbaycanın Qarabağ zəfərini qəbul etməsi və siyasətini dəstəkləməsi faktı vacib amildir: “Fransadan da bu məsələdə Türkiyənin cəhdlərinə dəstək verməsini gözləyirik”.

Report



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu