Azərbaycan və Ermənistan liderləri dekabrın 26-27-də görüşə bilər


Dekabrın 26-27-də Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək.


AFN.az-ın məlumatına görə, jurnalistlərə açıqlamasında İcraiyyə Komitəsinin sədri, MDB-nin icraçı katibi Sergey Lebedev belə deyib.
"Gələn həftə Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək. Rusiya Federasiyası Prezidentinin dəvəti ilə bu görüş dekabrın 26-27-də baş tutacaq"- deyə Lebedev qeyd edib.
Xatırladaq ki, bu yaxınlarda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüşünün razılaşdırılması istiqamətində iş gedir. “Onlar ən azı MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində danışa biləcəklər”.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu