WiFi modemi partladı, 79 yaşlı qadın yanaraq həyatını itirdi


Dünən Biləsuvarda evdə baş vermiş və 1943-cü il təvəllüdlü Nənələr Sərdar qızı Məmmədovanın ölümü ilə nəticələnən yanğının səbəbi məlum olub.



AFN.az-ın əldə etdiyi məlumata görə, faciə ilə nəticələnən yanğının evdəki WiFi modeminin partlaması səbəbindən baş verməsi üzə çıxıb. Belə ki, mənzilin girişindəki aparat partlayaraq alovlandıqdan sonra yanğın divana keçib və evə yayılıb. Səhər yuxusunda olan ailə üzvləri çətinliklə mənzili tərk edə biliblər. Lakin 79 yaşlı N.Məmmədova içəridə qalıb və yanaraq həyatını itirib.

Hadisə nəticəsində ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli, dördotaqlı ev tamamilə yanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, yanğın saat 05 radələrində şəhərin S.Rufullayev küçəsi 8 ünvanında qeydə alınmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu