"Kimin ixtisası dünyada tələb olunan siyahıdadırsa...”- Məleykə Abbaszadə


"Əmək bazarında heç bir sərhəd mövcud deyil. Kimin bilik və bacarığı varsa, ixtisası dünyada tələb olunan siyahıdadırsa, istənilən ölkədə özünə iş tapa bilər”.


Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

DİM sədri bildirib ki, hər bir şəxsin İT texnologiyalarını mənimsəyib onu alət kimi öz gələcək fəaliyyətində icra etmək bacarığı olmalıdır: “İxtisas seçərkən bu nüanslara, yeniliklərə açıq olub qapalı qapıları aça bilərlər. Öz sahəmizdə gəncləri bu istiqamətdə hazırlamağa çalışırıq. Misal olaraq, keçirdiyimiz peşəkar mühasib imtahanlarının nəticəsi beynəlxalq səviyyədə də tanınır. Eyni zamanda dil bacarıqları da olmalıdır. Bu istiqamətdə təkmilləşməyə vacibdir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu