Energetika Nazirliyi ilə AYİB arasında texniki dəstəyə dair memorandum imzalanıb


Azərbaycanın Energetika Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Memorandum imzalanib.

AFN.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter" hesabında paylaşım edib.
Məlumata görə, aşağı karbonlu və dayanıqlı inkişaf məqsədli bu əməkdaşlıq yaşıl enerjinin inkişafına, elektrik stansiyalarında səmərəliliyin artırılmasına və CO2-nin azaldılmasına töhfə verəcək.

“AYİB ilə elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Memorandum imzaladıq. Aşağı karbonlu və dayanıqlı inkişaf məqsədli bu əməkdaşlıq yaşıl enerjinin inkişafına, elektrik stansiyalarında səmərəliliyin artırılmasına və CO2-nin azaldılmasına töhfə verəcək”, - paylaşımda bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu