Prezidentdən yüksək vəzifəyə təyinat- SƏRƏNCAM/FOTO


Zaur İntiqam oğlu Fəti-zadə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək kii, Zaur Fəti-zadə Vergilər Xidmətində Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

O, bu vəzifədən əvvəl ləğv edilən Vergilər Nazirliyində nazirin müşaviri, Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin, Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi, Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru vəzifələrini tutub.

Zaur Fəti-zadə vergi general rütbəsini daşıyır.

Qeyd edək ki, Zaur Fəti-zadə 14 aprel 2022-ci ildə vəfat edən maliyyə nazirinin birinci müavini İlqar Fəti-zadənin qardaşı oğludur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu