Rusiya XİN-dən İrəvanla Bakı arasındakı sülh danışıqları ilə bağlı həssas AÇIQLAMA


Rusiya Xarici İşlər Nazirliyi İrəvanla Bakı arasındakı razılaşmada Qarabağın statusunun necə həll oluna biləcəyini şərh etmyəyib.


AFN.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "RİA Novosti" agentliyinə müsahibəsində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin Qarabağın statusu məsələsinin həllini necə təklif etməsilə bağlı şərh verməyib. "Vurğulamaq istərdim ki, sülh müqaviləsinin müzakirəsi birbaşa Bakı ilə İrəvan arasında aparılır" - deyə o bildirib.
Qaluzin əlavə edib ki, 31 oktyabr 2022-ci il tarixli Soçi sammitindən sonra Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında qeyd edildiyi kimi, Moskva yalnız tərəflərə yardım edir. O əlavə edib ki, belə həssas mövzu üzrə danışıqlar sırf məxfi xarakter daşıyır və Rusiya Xarici İşlər Nazirliyinin onların məzmunu, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı şərh vermək hüququ yoxdur: "Bu, işə yalnız zərər verər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu