Suraxanıda kişi, Qazaxda qadın zəhərləndi
Bakının Suraxanı rayonunda 33 yaşlı kişi dərmandan zəhərlənib.
APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsinin Oqtay Şabanov küçəsində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Rövşən Əlihüseynov çoxsaylı dərman həbləri içərək zəhərlənib.
O, 1 saylı Kliniki Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağırdır.
İlkin ehtimala görə, 33 yaşlı kişi intihara cəhd edib.
Daha bir zəhərlənmə hadisəsi Qazaxda baş verib. Hadisə rayonun Alpout kəndində qeydə alınıb.
1970-ci il təvəllüdlü Ziyafət Həsənova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə 52 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.