Prezident Əməkdar artistə ev hədiyyə etdi
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Əməkdar artist Aygün Bəylərə ev hədiyyə edib.
AFN.az-ın məlumatına görə, ifaçı bununla bağlı videopaylaşım edib və ölkə rəhbərliyinə növbəti dəfə təşəkkürünü bildirib.
“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva – sizə sonsuz minnətdaram. Allah sizi qorusun. Sizə uzun ömür, cansağlığı arzu edirəm. Məni böyük bəladan xilas etdiniz. Məni bir daha sevindirdiniz, sıxıntıdan qurtardınız. Evimi bizə qaytardınız”, - A. Bəylər deyib.
İfaçı, həmçinin xərçəng xəstəliyinə qalib gəlməsindən bəhs edib: “İstədim sevincimi sizinlə paylaşım. Göydə Allahın, yerdə sizin dualarınız məni sağlığıma qovuşdurdu. Dualarınız üçün minnətdaram”.
Qeyd edək ki, A. Bəylər bir neçə il öncə öz solo konsertini təşkil etmək üçün evini girov qoymuşdu. Lakin konsert “Günəşli” yatağında baş verən faciə ilə üst-üstə düşdüyündən bu, baş tutmamışdı. Nəticədə Aygün Bəylər həmin məbləği itirmişdi.