Məktəbləri "halal internet"lə təmin edən "Cisco" Qarabağa da maraq göstərir


Ölkədə bütün məktəblərə internet mərkəzləşmiş formada, bir nöqtədən verilir. Bu mərkəzdə isə məktəblərə verilən internet trafiki Elm və Təhsil Nazirliyi tərəfindən süzgəcdən(filtrasiyadan) keçirilir. Bununla da bütün ölkə üzrə təhsil müəssisələri zərərli informasiyalardan təmizlənmiş, "halal internet" trafiki əldə edə bilirlər.


AFN.az xəbər verir ki, bunu İT üzrə mütəxəssis Osman Gündüz deyib. Onun sözlərinə görə, son dövrlərədək ETN-in bu süzgəc infrastrukturu "WebSense" sistemi üzərində qurulmuşdu: "Süzgəcləmə üçün zəruri olan məlumat bazası həm "WebSense"-in özü tərəfindən, həm də qanunvericilikdə nəzərdə tutulduğu qaydada ETN tərəfindən verilirdi. Lakin artıq bir müddətdir ki, ETN süzgəc üçün daha müasir texnologiyalardan, "Cisco" həllərindən istifadəyə başlayıb. Bir neçə gün öncə "Cisco" rəsmiləri Azərbaycanda olarkən ETN rəhbərliyi ilə görüşüb və bu məsələlər bir daha müzakirə edilib. Görüşdə “Cisco Umbrella” texnologiyası vasitəsilə Azərbaycan Təhsil Şəbəkəsinin təhlükəsizliyi və məzmununun süzgəclənməsi məsələsi diqqət mərkəzində olub. Bu həll bulud təhlükəsizliyi sistemi olmaqla hazırda bütün təhsil sisteminin internet rabitə kanallarını zərərli trafikdən təmizləyir".
Mütəxəssis qeyd edib ki, Elm və Təhsil Nazirliyi ilə "Cisco" arasında keçirilən görüşdə işğaldan azad edilmiş ərazilərdə qurulmaqda olan təhsil müəssisələrində "Cisco" həllərindən istifadə məsələsi də müzakirə predmeti olub. "Qarabağda "Cisco"nun innovativ mərkəzlərinin formalaşması, yeni istifadəyə verilən məktəblərin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması, bu səbəkənin idarə edilməsi, kontent və təhlükəsizlik məsələlərində "Cisco" həllərindən daha effektiv istifadə nəzərdə tutulur" - deyə O.Gündüz bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu