Vətən müharibəsi iştirakçılarından rüşvət alanlarla bağlı YENİ QƏRAR


Azərbaycan Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazov və hospitalın digər əməkdaşı Hüseyn Ağayev barəsində olan hökmdən verilən apellyasiya protestə baxılıb.


Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara görə, dövlət ittihamçısı tərəfindən verilmiş protesti qismən təyin edib. Vüsal Eyvazov və Hüseyn Ağayevin hər birinin cəzası 1 il artırılıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Vüsal Eyvazov 2 il, Hüseyn Ağayev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hər iki təqsirləndirilən şəxsDövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunublar.
Faktla bağlı başlanılmış cinayət işi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Eyvazov Vüsal Qorxmaz oğlunun xidməti vəzifələrinin icrası zamanı həmin Hospitalın digər əməkdaşı Ağayev Hüseyn İlham oğlunun vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Vüsal Eyvazov və Hüseyn Ağayev cinayət başında yaxalanıblar.

Vüsal Eyvazov Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə ittiham olunublar./Teleqraf.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu