Putin Əliyev və Paşinyanla üçlükdə danışdığını açıqladı- VİDEO


Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammitində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçlükdə danışıqlar apardığını bildirib.


AFN.az Rusiya mediasına istinadən xəbər verir ki, Putin bu barədə məlumatı Nikol Paşinyanla ikitərəfli görüşünün əvvəlində açıqlayıb.

“Sizinlə söhbətə dünəndən başlamışıq və üçtərəfli danışıqlar aparmaq mümkün oldu”, - deyə Putin qeyd edib.

Putin, həmçinin Paşinyanla görüşündə Cənubi Qafqazda vəziyyətin nizamlanması və Ermənistan-Azərbaycan münasibətləri məsələlərinin müzakirə edildiyini söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu