Sənədsiz obyektlər sökülməkdə davam edir- VİDEO + FOTO


Bakıda daha bir sənədsiz tikilən obyekt sökülüb.

Fövqəladə Hallar Nazirliyindən AFN.az-a verilən məlumata görə, Nizami rayonu, Tofiq Abbasov və Azər Manafov küçələrinin kəsişməsində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və obyekt sökülüb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu