Bakıda sexdə yanğın olub


Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.


FHN-dən AFN.az-a verilən məlumata görə, ümumi sahəsi 130 m² olan birmərtəbəli istehsalat sexinin dəmir konstruksiyalardan ibarət dam örtüyünün taxta atmaları 100 m² sahədə, içərisində 30 m² sahədə karton taralar və 2 ədəd dəzgah yanıb.

Yüksək temperaturdan 1 ədəd plastikdən ibarət qapı əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 ədəd həcmi 50 litr olan məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Sexin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu