Sabah bu rayonda qaz olmayacaq


Sabah Şəmkir rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


AFN.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

SOCAR-ın "Qaz İxrac" İdarəsinə məxsus “Qazıməmməd-Qazax” (1-ci xətt) yüksək təzyiqli magistral qaz kəmərində (304,5-ci km-də) görüləcək təmir işləri ilə əlaqədar dekabrın 30-da saat 10:00-dan işlər başa çatanadək “Şəmkir-1 Əhali”, “Şəmkir-2 Sənaye” , “Əliyaqublu 1 və 2”, “Çinarlı əhali” və “Çinarlı Sənaye” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Şəmkir rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu