Sakinlər yaşayış binasına girmək üçün əziyyət çəkirlər- VİDEO


Azadlıq prospektində yaşayan sakinlər yaşadıqları binaya girmək üçün çətinlik çəkirlər.

Bu barədə AFN.az-ın redaksiyasına vətəndaşlar tərəfindən şikayət daxil olub.

Belə ki, söhbət Azadlıq prospekti 127/131 ünvanından gedir. Vətəndaşlar iddia edirlər ki, yaşadıqları doqquzmərtəbəli bina mühasirəyə alınıb:

“Bir neçə müddətdir ki, biz yaşadığımız binaya çətinliklə girib-çıxırıq. Binamızın ətrafı taxtalarla hasarlanıb. Binaya girmək üçün məcbur iki taxtanı sökdük ki, keçə bilək. Bizdə olan məlumata görə, bu iki binanın arasında avtomobil dayanacağı inşa edilir. Daha əvvəl ərazidə ağac da olub, lakin onu kəsiblər.

Ərazidə qazıntı işlərinə başlanılsa da, vətəndaşların narazılığı səbəbindən işlər dayandırılıb. Lakin hasarlar sökülmədi”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu