Binanın əyilməsi ilə bağlı məlumat təsdiqini tapmadı


Bəzi xəbər saytlarında "bina əyildi, sakinlər təhlükədə" başlıqlı yaz dərc edilmişdi.


7NEWS.az əməkdaşı həmim ərazidə olub. "Qobu Park-2” yaşayış kompleksinin tikintisində podratçı kimi çıxış etmiş "Kristal Abşeron" şirkətinin əməkdaşları ilə binaya baxış keçirilib.
Yayılmış görüntülərdə 2 bina arasındakı olmalı olan boşluq - antiseysmik tikişin üzərində olan dəmir listlərin dəyişdirilməsi işi öz əksini tapıb. Bu isə binanın dayanıqlılığına hər hansı bir təsir göstərmir. Bina Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumlarının nümayəndələri tərəfindən yoxlanılıb. Bina konstruktiv cəhətdən tam yüksək səviyyədədir və heç bir dəyişiklik yoxdur. Eyni zamanda memarlığında da hər hansı bir dəyişiklik yoxdur. Son olaraq məlumat vermək istəyirik ki, bina tam təhlükəsiz şəkildə sakinlərin istifadəsindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu