Yanvarın 1-dən təbii qaza endirim tətbiq ediləcək - QƏRAR

Enerji Bazarını Tənzimləmə Qurumunun qərarı ilə İstanbulda təbii qaz qiymətlərində endirim olacaq.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, endirim 1 yanvar 2023-cü il tarixindən qüvvəyə minəcək.
Belə ki, həmin tarixdən etibarən İstanbul Qaz Paylayıcı Sənaye və Ticarət Anonim Şirkətinin sistem istifadə haqları azaldılacaq. Bu endirim 5,5 milyon təbii qaz abonentinin 12-13 faizini əks etdirəcək. Sözügedən endirimlə aylıq təbii qaz sərfiyyatı 1000 lirə olan abonentlərin ödənişi 879 lirə olacaq.