Qarabağdakı rezidentlərin satışdankənar gəlirləri vergidən azad edilib


Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin rezidentlərinin satışdankənar gəlirləri gələn ildən vergidən azad edilib.


Bu, Prezident İlham Əliyev təsdiq etdiyi, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərin rezidentlərinin 2023-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilir, bu azadolma rezidentlərinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə şamil edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu