Həbsxanadan çıxan şəxs 17 yaşlı arvadını, sonra qayınanasını güllələdi


Həbsxanadan çıxan şəxs terrora əl atıb. O, əvvəlcə 17 yaşlı arvadını, sonra qayınanasını güllələyib.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bursada həbsdən yeni çıxdığı öyrənilən şəxs onu görmək istəməyən 17 yaşlı dindar həyat yoldaşını başından, qayınanasını isə ayağından güllələyib.

Bursanın Osmangazi mahalı Yunuseli məhəlləsi 2-ci Ərgüvan küçəsində baş verən hadisədə yeni ilə dəqiqələr qalmış baş verən hadisə nəticəsində hər iki qadın ağır yaralanıb. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım maşınları ilə Çekirge dövlət xəstəxanasına aparılıb. Alınan məlumata görə, onların vəziyyətləri ağırdır.

Hadisədən sonra təcavüzkar polis qrupları tərəfindən nəzarətə alındı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu