Son sutkada 71 nəfər koronavirusa yoluxub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 826 427 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 946 nəfər müalicə olunaraq sağalıb, hazırda 473 aktiv xəstə var. Bu günə qədər 10 008 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 365, bu günə qədər isə ümumilikdə 7 432 124 test icra olunub.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.