İş yerinə gəlib ona əxlaqsız təklif edən ərəbi belə döydü - TƏFƏRRÜAT
İş yerinə gələrək ona cinsi əlaqə təklif edən kişini yumruqlayıb qovan gənc qadın polisə müraciət edib.
AFN.az xəbər verir ki, hadisə İstanbulda Ambarlı məhəlləsində baş verib. Monopol diler işlədən B.M adlı qadın iş yerinə gələn və türkcə zorla danışan əcnəbi müştərinin sifarişini verib. Həmin şəxs B.M.-ə əl jestləri və sözlə cinsi əlaqə təklif edib. Bundan əsəbiləşən B.M yanına gedərək ona bir neçə sillə vurub, itələyib mağazadan çıxarıb. Bundan sonra əcnəbi oradan qaçıb uzaqlaşıb. B.M polisə şikayət edərər təhlükəsizlik kamerasının görüntülərini də təhvil verib. B.M. müştərinin ona iki şokolad aldıqdan sonra pul verdiyini, sonra geri qayıdaraq ondan sevgilisi olub-olmadığını soruşduğunu bildirib.
"Cavab vermədim, getməsini xahiş etdim. Sonradan məni söydü. Onu döyərək bayıra qovdum. Rahat yeriyə bilmirik. İşləyə bilmirik. Qapının qabağına çıxa bilmirik". Ləhcəsindən ərəb olduğunu hiss etdim, türkcə çox az bilir. Sevgilim varmı deyə soruşdu. Əl jestləri ilə yanımda olmaq istədiyini dedi. Ona görə sillə vurdum" - deyə qadın ümumi durumdan da şikayətlənib.