Koronavirusun yeni ştamı artıq 29 ölkədə aşkarlandı


Koronavirusun Omicron XBB.1.5 ştamı yayılmaqda davam edir.


AFN.az “Politico”ya istinadən xəbər verir ki, ştam artıq 29 ölkədə aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə texniki mütəxəssisi Mariya Van Kerkhove vəziyyətdən narahat olduqlarını bildirib: “Biz onun artım tempindən narahatıq. Xüsusilə də Avropa və ABŞ-nin şimal-şərqində. Orada yeni ştam mövcud olan altvariantları tez bir zamanda əvəzləyib”.

Omicron XBB.1.5 ştamının digər mövcud altvariantlardan daha ağır olub-olmaması bəlli deyil.

Van Kerkhovenin sözlərinə görə, ÜST yeni ştamın ciddiliyi ilə bağlı analiz üzərində işləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu