Kəmaləddin Heydərov keçmiş naziri otelində işlədirmiş - ŞOK FAKT+FOTO


Fövqəladə hallar naziri, bir zamanlar "fövqəlnazir" adlandırılan Kəmaləddin Heydərovla bağlı maraqlı məlumat yayılıb.


AFN.az xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli Kəmaləddin Heydərovun Riqadakı "Roma" otelinin 3 iıdir müştəri qıtlığı çəkdiyini bildirib. Onun sözlərinə görə, Riqanın mərkəzində yerləşən otel hazırda satışdadır, lakin K.Heydərovun otelə çəkdiyi 13.2 milyon avroluq xərcə baxmayaraq baha hesab olunur: "Satışın səbəbi bəlli olmasa da, böyük ehtimalla Heydərovun öz biznesini bütünlüklə Avropadan çıxarıb daha təhlükəsiz hesab etdiyi Birləşmiş Ərəb Əmirliklərində cəmləşdirmək niyyəti ilə bağlıdır.
Otel Heydərova məxsus "BENKONS" MMC-nin Latviya filialının mülkiyyətindədir. Fövqəladə hallar naziri oteli bağlamaq qərarı iıə bağlı administrator Linda Murnieseni ötən ilin payızında işdən azad edib. Linda xanım siyasətçidir, Latviyanın keçmiş daxili işlər və müdafiə naziri olub. Nazir kimi dəfələrlə Bakıda rəsmi səfərdə olub. Onun keçmiş həyat yoldaşı Livan mənşəli ərəb Hosam Ebu Meri də siyasətçidir və Latviya parlamentinin deputatıdır".
Qeyd edək ki, bundan əvvəl K.Heydərovun rəhbərlik etdiyi nazirliklə bağlı ilginc məlumatlar və videolar yayılmışdı. İctimai rəydə "fövqəlnazir"in "vurulması" haqda məlumatlar da dolaşır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu