Azərbaycanda 982 qazlaşdırılmayan kənd var


"Hazırda ölkə ərazisində 982 qazlaşdırılmayan kənd var".

AFN.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, bu kəndlər içində əsas əsas problemli olanların sayı 426-dır:

"Çünki həmin kəndlər birbaşa meşə ilə sərhəddə yerləşir və onların 96 faizi istilik üçün odundan istifadə edir".

Xidmət rəisi qeyd edib ki, ötən il Nazirlik tərəfindən 71 min kubmetr odun tədarük edilib və onun 37 min kubmetrinin vətəndaşlara satılması təmin olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu