İran və Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlanıb


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.


AQTA-dan AFN.az-a bildirilib ki, fiziki şəxs İsbəndiyarov Cabir Babulla oğlu tərəfindən İran İslam Respublikasından idxal edilən 23 800 kq, “Baku Fruit Delivery” MMC tərəfindən Rusiya Federasiyasından idxal olunan 19 950 kq ərzaqlıq kartof məhsulundan Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarında karantin tətbiq edilən zərərli orqanizmlər - kartofun qonur çürüməsi bakteriyası və kartof gövdə nematodu aşkar olunub.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Zərərli orqanizmlə sirayətlənmiş məhsullar tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu