Son sutkada Azərbaycanda 121 nəfər koronavirusa yoluxub - 4 nəfər ölüb


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 121 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 826 683 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 291 nəfər müalicə olunaraq sağalıb, hazırda 379 aktiv xəstə var. Bu günə qədər 10 013 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 794, bu günə qədər isə ümumilikdə 7 439 300 test icra olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu