Belə vəhşilik görünməyib: İti diri-diri yandırdılar-FOTO


3 yaşlı ov iti naməlum şəxs və ya şəxslər tərəfindən damına yanar material tökülərək diri-diri yandırılıb.


AFN.az xəbər verir ki, hadisə Türkiyədə baş verib. Dənizlinin Merkezefendi mahalının Sevindik küçəsində yaşayan Doğukan Kandemir bu gün səhər saatlarında "Paşa" adlı ov itinə yem vermək üçün eyvanın altında, evinin arxasında tikdikləri bağ evinə gedib. Daxmadan tüstü çıxdığını görən Kandemir itini yanmış vəziyyətdə tapıb. Kandemirin çağırışı ilə ünvana polis və yanğınsöndürənlər göndərilib. Yanğınsöndürənlər ərazidə axtarış aparıblar. İlkin təsbitlərə görə, yanğının qəsdən törədildiyi müəyyən edilib.

Dənizli Təhlükəsizlik Müdirliyi Heyvan polisi qrupları da hadisə yerinə gələrək araşdırma aparıb. Bildirilib ki, kimliyi məlum olmayan şəxs və ya şəxslər səhər saatlarında mənzilin bağçasına daxil olaraq itin üzərinə yanar material töküb yandırıb, sonra isə qaçıblar. İtin damı mənzilin arxasında və eyvanın altında olduğundan alovu heç kim hiss etməyib.

Polis şübhəlilərin tutulması üçün əməliyyata başlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu