Quba-Qusar-Xaçmaz yollarında 69 avtomobilə ziyan dəyib


Son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı Qusarda 7 (07.01.23 - 2, 08.01.23 - 5) nəqliyyat hadisəsi olub, nəticədə bir nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib.

Bu barədə AFN.az-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xaçmazda 13 (07.01.23 - 4, 08.01.23 - 9) nəqliyyat hadisəsi olub, nəticədə bir nəfər yüngül xəsarət alıb, 26 avtomobilə zərər dəyib”.

Qubada 15 (07.01.23 - 6, 08.01.23 - 9) nəqliyyat hadisəsi olub, nəticədə xəsarət alan olmayıb, 27 avtomobilə zərər dəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu