Avtobusu qarlı havada əks yolla sürdü CƏZALANDIRILDI - ANBAAN VİDEO


Bakıda avtobus sürücülərindən biri qarlı havada sərnişinlərin həyatını təhlükəyə atıb.


AFN.az məlumat verir ki, 107 nömrəli avtobus "Böyükşor gölü" üzərindəki yolda əks istiqamətdə hərəkət edib. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, sürücü İnzibati Xətalar Məcəlləsinin 327,4-cü maddəsi ilə (Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə) cəzalandırılıb.

"Əks istiqamətdə hərəkət edən avtobusla əlaqədar qanuni tədbirlər görüləcək. Baş vermiş hadisə ilə bağlı dayışıcı şirkət məlumatlandırılacaq, sürücü barəsində isə qanuni tədbir görüləcək. Sürücüləri bir daha belə hərəkətlərə yol verməməyə və sərnişinlərin həyatlarını təhlükəyə atmamağa çağırırıq".

Qarlı havada avtobusu əks istiqamətdə idarə edən sürücü 100 AZN və 4 bal cərimələnib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu