Putin Baş qərargah rəisini müharibəyə göndərdi


Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Ukraynada müharibə aparan Rusiya Qüvvələrinin Birləşmiş Qrupunun komandanı təyin edilib.

AFN.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Keçmiş komandir Sergey Surovikin Gerasimovun üç müavinindən biri olacaq. O, Aerokosmik Qüvvələrin komandanı vəzifəsində qalır.
Daha iki müavin ordunun Quru Qoşunlarının baş komandanı general Oleq Salyukov və Baş Qərargah rəisinin müavini general-polkovnik Aleksey Kim olacaq.
"Əlahiddə Hərbi Əməliyyata rəhbərlik səviyyəsinin yüksəldilməsi onun icrası zamanı həll olunan vəzifələrin miqyasının genişlənməsi ilə bağlıdır", - Müdafiə Nazirliyinin açıqlamasında belə deyilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu