Əfv Komissiyasının ilk iclası keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının cari il üçün ilk iclasında 100-dən artıq müraciətə baxılıb.
Bu barədə Oxu.Az-a Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevə məlumat verib.
O bildirib ki, H.Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamının olacağı gözlənilir.
“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının cari il üçün növbəti iclası 17 yanvar tarixində keçiriləcək”, - deyə Ə.Nuriyev qeyd edib.