Boris Conson Ukraynaya gəlir


Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson prezident Vladimir Zelenski ilə görüşmək üçün Ukraynaya səfər etməyi planlaşdırır.


AFN.az-ın məlumatına görə, bu barədə “The Guardian” açıqlama verib.
Lakin səfərlə bağlı hələlik rəsmi məlumat yoxdur. Boris Consonun sözçüsü bununla bağlı şərh verməkdən imtina edib.
Lakin keçmiş baş nazir dostlarına bildirib ki, o, yaxın aylarda Kiyevə səfər etmək niyyətindədir.
Qəzet yazır ki, ukraynalı mənbələr Consonun Kiyevə getmək niyyətində olduğunu təsdiqləyir. Ancaq səfərin tarixi ilə bağlı hələlik konkret məlumat yoxdur.
Qeyd olunur ki, Conson vəzifədə olduğu müddətdə Ukrayna prezidenti Vladimir Zelenskinin güclü tərəfdarı olduğunu bəyan edərək, beynəlxalq müttəfiqləri geniş miqyaslı müharibənin ilk günlərində daha çox dəstək verməyə sövq edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu