KİV: Kreml 2024-cü ildə Putinin iştirakı ilə prezident seçkilərinə hazırlığa başlayıb


Kremlin daxili siyasi bloku 2024-cü il prezident seçkiləri kampaniyasına hazırlığa başlayıb.


AFN.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti hökumətdəki mənbələrə istinadən yazıb. Qəzetin mənbələrinə görə, Kreml nümayəndələri kampaniyanın 2024-cü ildə plana uyğun gedəcəyindən və indiki dövlət başçısı Vladimir Putinin özü bu barədə hələ açıqlama verməsə də, orada iştirak edəcəyindən bəhs edirlər. Bildirilir ki, bu yaxınlarda prezident seçkilərinin ekspertlərlə müzakirəsi də məhz bu çərçivədə aparılır. Nəşrin həmsöhbətləri əlavə ediblər ki, müzakirələrdə birlik mövzusunun üstünlük təşkil edəcəyi ehtimal olunsa da, hələlik ideoloji komponentin dəqiq konturları yoxdur.

Qəzetin mənbələrindən biri diqqəti prezident kampaniyasından əvvəl regional seçkilərin keçiriləcəyinə yönəldib. Bu ilin sentyabrında ölkənin ən azı 20 subyekti qubernator, daha 16 subyekt isə qanunvericilik məclislərinə seçkilər keçirəcək. Mənbənin sözlərinə görə, belə qrafik onlara həm texnoloji, həm də məzmunlu ideyaları sınaqdan keçirməyə imkan verəcək.

Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu