Rusiyalı alimlər yeni koronavirus dərmanı hazırlayırlar


Rusiyalı alimlər tərəfindən hazırlanmış yeni koronavirus dərmanı tezliklə satışa çıxarılacaq.


AFN.az NTV.ru-ya istinadən xəbər verir ki, əvvəllər yalnız xəstəxanalarda istifadə olunan dərmanı indi apteklərdən almaq mümkün olacaq. Yaxın gələcəkdə rusiyalı mütəxəssislər onurğa əzələlərinin atrofiyası üçün dərman yaratmağı planlaşdırırlar.

Onurğa əzələlərinin atrofiyası, əzələlərin tədricən tonunu itirdiyi nadir bir genetik xəstəlikdir. Əvvəlcə hərəkət etmək, xəstəlik irəlilədikcə isə hətta nəfəs almaq da çətinləşir. Bu xəstəliyin müalicəsində istifadə olunan xəstə geni surətlə əvəz edən İsveçrə dərmanı "Zolgensma" inyeksiyasının qiyməti 2 milyon dollardan çoxdur. Bu qiymətin səbəblərindən biri də alternativlərin demək olar ki, tam olmamasıdır. Hazırda Rusiya alimləri onun yaradılması üzərində işləyir.

Kovidin müalicəsi üçün isə Rusiya dərmanının artıq effektivliyini sübut etdiyi bildirilir. Hələlik yalnız xəstəxanalarda istifadə olunan dərmanın tezliklə apteklərdə satışa çıxarılacağı bildirilir. Tərtibatçıların fikrincə, bu, virus yükünü əhəmiyyətli dərəcədə azaldır və daha sürətli sağalmanı təşviq edir.

Rusiya Federal Tibbi-Bioloji Agentliyinin İmmunologiya İnstitutunun direktoru Musa Xaitov bildirib ki, bu dərmanın tətbiqi mexanizmi çox vacibdir - nəfəs yolu ilə verilir: "Biz virusa mümkün qədər aktiv şəkildə, onun ən təhlükəli olduğu giriş qapısında "hücum edirik”.

Rusiya Federal Tibbi və Bioloji Agentliyinin İmmunologiya İnstitutunun elmi-istehsalat kompleksinin rəhbəri Valeri Smirnov dərmanla bağlı danışarkən bunları deyib: “O, virus genomunun həmin hissəsini, bu halda SARS-CoV-2 covid 19 virusunu hədəf alır. Mutasiyalara çox az həssasdır. Müşahidə etdiyimiz kimi, genomun bu mərhələsində yeni yaradılmış bütün virus ştammlarında mutasiyalar yoxdur. Bu dərman yeni ştamların yaranmasına baxmayaraq, təsirli qalır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu