ATƏT sədri Ukrayna XİN başçısı ilə görüşüb


ATƏT sədri Buyar Osmani Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.


“Report” xəbər verir ki, bu barədə B.Osmani tviterdə yazıb.

“Mən elə bilirdim ki, Kiyevə növbəti dəfə gələnə kimi müharibə başa çatacaq və həyat normallaşacaq. Dağılmış evləri və məhv olmuş insan talelərini görmək insanı narahat edir”, - o paylaşımda qeyd edilib.

Xatırladaq ki, B.Osmani Ukraynada səfərdədir. Onun ölkə prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu