Hərbçilərimiz Türkiyə-Ermənistan sərhədində


Türkiyənin Qars əyalətində 8 ölkənin hərbçilərinin iştirakı ilə "Qış-2023" adlı hərbi təlim keçirilir.


AFN.az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Gazetakars" nəşri məlumat yayıb.

Bildirilib ki, təlimlər Türkiyə Silahlı Qüvvələrinin 14-cü motoatıcı briqadasının bazasında üçüncü ordu korpusunun komandanlığı altında keçirilir.

Xatırladaq ki, təlimdə Azərbaycan hərbçiləri də iştirak edirlər. Təlim fevralın 2-dək davam edəcək.

Qeyd edək ki, Qars əyaləti Türkiyə-Ermənistan sərhədində yerləşir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu