Koronavirusun yeni növü 9 gündə iki dəfə artır
Moldovada “Kraken” koronavirusunun yeni ştamına (XBB.1.5) ilk yoluxma halları təsdiqlənib.
AFN.az xəbər verir ki, bu barədə Moldovanın İctimai Səhiyyə üzrə Milli Agentliyi məlumat yayıb. Qeyd edilir ki, Kişinyov şəhərində iki nəfər kişidə, Dubosarda isə bir qadında yeni koronavirus ştammı aşkar edilib.
Mütəxəssislər vətəndaşlara əllərini tez-tez yumağı, insanların sıx olduğu yerlərdən uzaq durmağı, ictimai nəqliyyatda və bağlı ictimai yerlərdə maska taxmağı, koronavirusa qarşı peyvənd olunmağı, xəstəliyin ilk əlamətləri görünəndə dərhal həkimə müraciət etməyi tövsiyə edir.
Qeyd edək ki, “Kraken” koronavirusu ilk dəfə 2022-ci oktyabrın 22-də ABŞ-da tapılıb. Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin məlumatına görə, o, “ən çox ötürülən alt varianta” çevrilib və infeksiyaların sayı hər doqquz gündə iki dəfə artdığından kəskin şəkildə yayılır.
Qeyd edilir ki, koronavirusun yeni alt növünün yayılma sürətinin artması ehtimal ki, “Kraken”in immunitet sisteminin müdafiəsindən yayınma qabiliyyəti ilə bağlıdır. Ona görə də əksər peyvəndlərin antikorları ona cavab verməyə bilər.
M.Vahidli