Ukraynada 7 min insan öldürülüb - BMT
Ukraynada müharibə başlayandan bəri həlak olan mülki əhalinin sayı 7 mini keçib.
AFN.az-ın xəbərinə görə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının yeni hesabatında belə deyilir.
Məlumata yalnız ölüm faktı qeydə alınan və təsdiqlənən şəxslərin adları daxil edilib. Şiddətli döyüşlərin getdiyi bölgələrdə (Mariupol, Severodonetsk, Lisiçansk, Soledar və Baxmut) ölənlərin sayının daha çox olduğu bildirilir. Çünki müharibə zamanı oradan tam məlumat almaq mümkün olmayıb.
BMT-nin məlumatına görə, Rusiya işğalının başladığı ötən il fevralın 24-dən bu il yanvarın 16-dək Ukraynada 7031 dinc sakin, o cümlədən 433 uşaq həlak olub. 827-si uşaq olmaqla 11327 nəfər xəsarət alıb. Ölənlərin 90 faizindən çoxu Ukrayna hakimiyyətinin nəzarətində olan ərazidə həyartını itirib.
M.Vahidli