Ceyhun Bayramov İsrail XİN-in siyasi direktoru ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nounla görüşüb.
Bunu israilli diplomat tviterdə yazıb.
Aliza Bin Noun qonaqpərvərliyə görə C.Bayramova təşəkkür edib: “Nümayəndə heyətimiz sizinlə səmərəli görüşü yüksək qiymətləndirir. Bu, ölkələrimiz arasında mövcud olan dostluq və strateji münasibətlərin daha bir ifadəsidir”.