Üç uşaq anası uşaq bağçasında itkin düşdü


Brovarda helikopter qəzası zamanı üç uşaq anası olan qadın itkin düşüb.


AFN.az xəbər verir ki, o, uşaqlarını bağçaya təzəcə gətiribmiş. "Uşaqları bağçaya qoyub bayıra çıxdı. Zərbə anı mərkəzi girişlə gəldi, bayıra çıxdı. Bilmirik o, artıq küçədə idi, yoxsa hələ də binanın içində. Bilmirik. Yəqin ki, bayıra çıxıb. Çünki dayə bizə dedi ki, bayıra çıxıb. Uşaqlarla bağlı hər şey qaydasındadır evdədirlər”, - itkin düşən qadının bacısı belə deyib. O qeyd edib ki, qohumları onu axtarmaqda davam edir, lakin hələlik heç bir məlumat yoxdur.
"İndi hardadır, sağdır, ya yox, bilmirik. Bacımı axtarırıq".
Qeyd edək ki, bu gün Kiyev vilayətinin Brovarı şəhərində helikopter uşaq bağçasının ərazisində qəzaya düşüb. Qəzadan sonra bağçanın binasında yanğın baş verib. Hadisə nəticəsində helikopterdə olan Ukraynanın DİN rəhbəri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin daxil 5 nəfər həlak olub, daha bir neçə nəfər isə xəsarət alıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu